Çavuşoğlu: Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək


Digərləri 21 May 2019 09:54:00 169 0

Çavuşoğlu: Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək

Türkiyənin bütün dövlət strukturları FETÖ tərəfdarlarından təmizlənəcək

Bakı. Rufiz Hafizoğlu - Türkiyənin dövlət strukturları FETÖ (Fəthulllah Gülən hərəkatı) terror hərəkatı ilə əlaqəsi olan bütün şəxslərdən təmizlənməlidir. Trend-in məlumatına görə, bu bəyanatla Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib. Nazir qeyd edib ki, dövlət strukturlarında FETÖ-nun gizli tərəfdarlarının sayı artıq kəskin azalıb, lakin bu, o demək deyil ki, onlar tamamilə yox olub. Qeyd edək ki, FETÖ ilə mübarizə çərçivəsində ötən gün Xarici İşlər Nazirliyinin (XİN) 249 əməkdaşı saxlanılıb. Son 7 ay ərzində FETÖ ilə mübarizə çərçivəsində Türkiyə Silahlı Qüvvələrinın sıralarından isə 1076 hərbi qulluqçu xaric edilib.