Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək


Digərləri 21 May 2019 09:29:00 159 0

Azərbaycan-Böyük Britaniya Hökumətlərarası Komissiyanın iclası və enerji forumu keçiriləcək

Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək.

Bakı. Mayın 22-də Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası keçiriləcək. Energetika Nazirliyindən Trend-ə verilən məlumata görə, iclasda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi və ticari əlaqələrin mövcud vəziyyəti, Komissiyanın 2-ci iclasından sonrakı dövrdə görülmüş işlər və əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə ediləcək. Qeyd edək ki, Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycan tərəfdən Energetika naziri Pərviz Şahbazov, Böyük Bitaniya tərəfdən Ticarət Siyasəti üzrə dövlət naziri Corc Hollinqberidir.