Meksika ştatlarında atışmalar:


Dünya 21 May 2019 09:05:00 501 0

Meksika ştatlarında atışmalar:

Meksikanın Oahaka və Tamaulipas ştatlarında atışma nəticəsində 10 nəfər ölüb

Meksikanın Oahaka və Tamaulipas ştatlarında atışma nəticəsində 10 nəfər ölüb.

Son.az Trend-ə istinadən bildirir ki, Oahakada naməlum şəxslər yolun kənarında görüşmək üçün toplaşan bir qrup şəxsə atəş açıb. Atəş nəticəsində 4 qadın və 2 kişi öldürülüb. Hücumun səbəbi məlum deyil, cinayətkarlar azadlıqdadır.

Eyni zamanda, Tamaulipas ştatında hərbçilər silahlıları avtomobildə izləyərkən onlarla nəticədə qarşıdurmaya giriblər. Hərbçilərdən biri yaralansa da, cinayətkar qruplaşmanın 4 üzvü məhv edilib.