Putin 84 yaşlı əmək veteranını əfv etdi


Dünya 21 May 2019 09:09:00 199 0

Putin 84 yaşlı əmək veteranını əfv etdi

Rusiya prezidenti Vladimir Putin 4 məhbusu, o cümlədən 1935-ci il təvəllüdlü  qadını əfv edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda mayın 20-də Rusiyanın hüquqi informasiya internet-portalında məlumat yayılıb.

Amnistiyaya düşmüş Qaynikamal Ayupova 2015-ci ildə Kurqan vilayətinin yerli məhkəməsi tərəfindən mühakimə olunmuşdu.

"İnterfaks" agentliyinin yazdığına görə, əmək veteranı olan Ayupova birgə yaşadığı kişiyə ailə-məişət zəminində düşən mübahisə zamanı ölümcül bədən xəsarətləri yetirdiyinə görə tutulmuşdu. Qadının yaşı və sağlamlıq durumuna görə sərbəst hərəkət edə bilmir və köməyə ehtiyacı var.