Xiaomi Mi Mix 4ün göstəriciləri ortaya çıxıb


Digərləri 21 May 2019 08:55:00 282 0

Xiaomi Mi Mix 4ün göstəriciləri ortaya çıxıb

Xiaomi Mi Mix 4 flaqman smartfon modelinin təqdimatnın bu ilin payız fəslində olacağı gözlənilir. Lakin artıq indi internetdə sözügedən smartfonun texniki göstəricilərini özündə əks etdirən foto ortaya çıxıb. Bu barədə Slashleaks saytına istinadən 4pda saytı xəbər verib. Ortaya çıxmış fotoya inansaq, Mi Mix 4 modeli 2K keyfiyyətində AMOLED ekran (HDR10+ dəstəkli), Snapdragon 855 prosessoru, 16 GB RAM, hələ təqdim olunmamış UFS 3.1 standartlı 1 TB daxili yaddaş həcmi, 64 MP-lik arxa kamera və 100 vatt gücündə enerji qəbul etməyə qadir sürətli enerji yığma texnologiyalı 4500 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq.

Son.az technote.az-a istinadən bildirir ki, Xiaomi şirkəti daha öncədən bu cür şarj texnologiyasını artıq sərgiləyib. Belə ki, şirkət bu sürətli şarj texnlogiyası vasitəsilə 4000 mAh enerji tutumlu batareyaya sahib smartfonu 17 dəqiqə ərzində tam şarj edə bilib. Smartfonun digər özəllikləri sırasında həmçinin IP68 standartı üzrə sudan və tozdan qorunma da var. Hər halda bu məlumat sızıntısına bir qədər şübhə ilə yanaşmaq lazımdır. Belə ki, smartfonun təqdimatına hələ bir neçə ay vaxt var və bundan əlavə olaraq məlumat sızıntısında smartfonun fotosu bulanıq halda təqdim olunub.