Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar


Digərləri 21 May 2019 08:41:00 250 0

Alimlər insan bədənində hərəkət edə biləcək robot hazırlayırlar

Tibbi texnologiya sahəsində əldə olunan nailiyyətlət texnoloji yeniliklərin həyatımızda hansı rol oynadığını göstərir.

Son.az chip.az-a istinadən bildirir ki, alimlər tərəfindən hazırlanan "uçan balina" adlı bir mini robot bədənimizə daxil olur və dərmanları doğru yerlərə aparır. Xüsusilə xərçəng xəstələri üçün maraqlı olan bu robot hədəf alınan xərçəng hüceyrələrinə doğru hərəkət edərək dərman paylaşımını həyata keçirir. Dəyişkən ölçülərdə yetişdirilən robotların ölçüləri millimetrlərlə ifadə olunur.

Hong Kong şəhər universitetində çalışan alimlər tərəfindən hazırlanan uçan balina açılıb bağlanan qanadlara və quyruğa malikdir. Bu xüsusiyyət sayəsində uçan balina qan içində sərbəst hərəkət edə bilər.

3D printerləri istifadə edərək hazırlanan uçan balinanın bədəni plastik bir quruluşa malik deyildir. Uçan balinanın quyruğu Kardiyomiyosit hüceyrələrlə (ürək əzələsi hüceyrəsi) örtülüdür. Bu da quyruğa hərəkət etməyə imkan verir. Uçan balinanın qanadlarında işığa həssas hidrojeldən istifadə edilmişdir. Bu hidrojelin köməyi ilə qanadların mövqeyi dəyişir.

Uçan balina necə işləyir?