İlan sancmasından necə qorunmaq olar ?


Digərləri 21 May 2019 08:33:00 238 0

İlan sancmasından necə qorunmaq olar ?

Havaların isinməsi ilə bölgələrdə ilan və əqrəb sancmasının sayı artıb. Demək olar hər gün bu barədə xəbərlər eşidirik. Təkcə may ayında cənub bölgəsində 10 nəfərə yaxın adamı ilan, 7 nəfəri isə əqrəb sancıb. Bəs  bu halla qarşılaşarkən nə etməli?

Son.az oxu.az-a istinadən bildirir ki, əksər insanlar ilansancması halı ilə əsasən kənd təsərrüfatı işləri  görərkən rastlaşırlar. Elə buna görə də, kəndlilər sahədə çalışarkən əvvəlcədən etibarlı ayaq geyimlərindən və əlcəklərdən istifadə etməlidirlər. Bu iş zamanı qismən də olsa insanın həyatını  sığortalamış olur.

Bəzi kəndlilər tarla işlərini sürünənlərin gün ərzində az müşahidə olunduğu vaxtlarda icra edirlər. Qabaqlayıcı tədbirlərin görülməsinə baxmayaraq, yaz və yay aylarında ilan və əqrəb sancması hallarına daha çox rast gəlinir.

Hazırda da bölgələrdəki bütün xəstəxanalar yay mövsümü ilə əlaqədar olaraq lazımı miqdarda ilan və əqrəb sancmasına qarşı zərdabla təchiz olunub. Həkimlər belə halla qarşılaşan zaman insanı məhz hansı ilanın sancdığına diqqət etməyin vacibliyini də vurğulayırlar. Bu düzgün zərdab seçmək üçün çox önəmlidir.