ABŞ “Huawei” şirkətinə müvəqqəti lisenziya verdi


Digərləri 21 May 2019 08:08:00 235 0

ABŞ “Huawei” şirkətinə müvəqqəti lisenziya verdi

ABŞ-ın Ticarət Nazirliyi Çinin "Huawei" telekommunikasiya şirkətinə müvəqqəti lisenziya verib.

Son.az oxu.az-a istinadən bildirir ki, bunun sayəsində "Huawei" ABŞ-da istifadədə olan şəbəkə sahəsində xidmətini və markanın adını daşıyan mobil qurğuların proqram yenilənməsini təmin edə biləcək.

Məlumata görə, lisenziya müddəti 2019-cu il avqustun 19-na qədərdir.