Nyu Yorkda "General Electric" binasında yanğın baş verib


Dünya 21 May 2019 07:55:00 211 0

Nyu Yorkda "General Electric" binasında yanğın baş verib

Nyu York şəhərinin mərkəzində yerləşən "General Electric" binasında yanğın baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, bunu "Tvitter" sosial şəbəkəsində şəhərin yanğından mühafizə xidməti yazıb. Yanğın Leksinqton 570 ünvanında, göydələnin 23-cü mərtəbəsində baş verib.

Xəsarət alanlar barədə məlumat yoxdur.