Sabirabadda 3 otaqlı ev yanıb


Digərləri 21 May 2019 07:53:34 175 0

Sabirabadda 3 otaqlı ev yanıb

Sabirabadda ev yanıb.

Bakı. Sabirabadda ev yanıb. Trend-in FHN-ə istinadən verdiyi məlumata əsasən, rayonun Nizami kəndində ümumi sahəsi 100 m² olan (dam örtüyü qamışdan ibarətdir) birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 65 m² sahədə yanıb. Evin qalan hissəsi və bitişik tikili yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.