Instagramdakı izləyicilərinin səsverməsi ilə gənc qız intihar etdi


Digərləri 21 May 2019 07:01:00 197 0

Instagramdakı izləyicilərinin səsverməsi ilə gənc qız intihar etdi

Sosial medianın istifadəçilərin xüsusi ilə gənclərin həyatına təsiri böyükdür.

Son.az chip.az-a istinadən bildirir ki, Malaziyada baş verən hadisə sosial şəbəkələrin həyatımızda nə qədər rol oynadığını açıq şəkildə sübut edib. Ölkənin şərqindəki Salavak əyalətində adı açıqlanmayan 16 yaşlı bir qız "Instagram" hesabında paylaşdığı anket sualın nəticəsini gördükdən sonra intihar edib.

Gənc qız izləyicilərinə "Həqiqətən mənim üçün önəmlidir Ölüm yoxsa Həyat" deyə sual ünvanlayıb.  Sorğuya qatılan istifadəçilərin əksəriyyəti ölümü seçib. Beləlikə sözü gedən gənc qızın bu nəticəyə görə ölümə qərar verdiyi iddia edilir. Polisin apardığı araşdırmalara görə respondentlərin 69% -i ölümü seçmişdir.

Instagram ask question yes no ile ilgili görsel sonucu

Baş verən hadisə ölkədə böyük bir müzakirələrə səbəb olub. Millət vəkili Ramkarpal Singh ölümə təsdiq cavabını verən hər kəsin cəzalandırılmasını tələb edib.

Singh əgər insanların hamısı "həyat" variantını seçərdilərsə gənc qızın yaşayacağına inandığını bildirərək " İstifadəçilərin çoxsu həyatına son qoymasınma onu sövq etməsəydilər o bu gün yaşaya bilərdimi? Əgər ona peşəkar yardım alması təklif edilərdisə yenədə intiharı edəcəkdimi? Həqiqətən dəistifadəçilərin fikirləri buna səbəb olubmu?" -deyə suallar ünvanlayıb.