Alimlər başı böyük olan uşaqlar haqqında İNANILMAZ SİRRİ açıqladı


Digərləri 20 May 2019 23:54:00 196 0

Alimlər başı böyük olan uşaqlar haqqında İNANILMAZ SİRRİ açıqladı

Məlum olub ki, başı böyük olan uşaqlar daha ağıllıdır.

Son.az xəbər verir ki, alimlər böyük başı olan uşaqların beyninin daha güclü inkişaf etdiyi faktını təsdiqləyib.

Böyük Britaniyanın "Biobank" alimlərinin geniş miqyaslı araşdırması başı böyük anadan olanların daha ağıllı olduqlarını təsbit edib. Genlərin ağıl və sağlamlıqla əlaqələrinə yönələn araşdırma "Molekulyar Psixiatriya" jurnalında dərc edilib.

Alimlər bu qənaətə gəlib ki, yekəbaş insanlar daha yüksək intellekt göstəricilərinə malikdir. Bu faktı onların ali təhsil kimi göstəriciləri və koqnitiv testlərin nəticələri sübuta yetirib.

Bəs hansı ölçü böyük baş sayılır? Alimlərin sözlərinə görə, ağıllı uşaqların baş çevrəsi 31 ilə 35, 5 sm böyüklüyündədir.

Bununla belə başın çevrəsi yüksək intellektin yeganə göstəricisi deyil. Ümumi sağlamlıq vəziyyətinin də ağılla bağlı olduğu irəli sürülüb.