Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ


Digərləri 20 May 2019 23:25:00 201 0

Ramazanda 30 günlük orucun orqanizmə MÖCÜZƏVİ TƏSİRİ

Ramazan ayı son illərdə dünyanın yarısında isti havaların hökm sürdüyü mövsümə təsadüf edir. Bu, Norveç kimi bəzi ölkələrdə hər gün 20 saata yaxın yeməkdən məhrum olmaq deməkdir.

Bəs oruc sağlamlığa necə təsir edir və 30 gün oruc tutan bir insanın bədənində nə kimi dəyişikliklər baş verir?

Ən çətini ilk günlərdir

Son.az saglamolun.az-a istinadən bildirir ki, insan bədəni oruc tutduğunu sonuncu yemək qəbulundan 8 saat sonra dərk edir. Çünki bağırsaqlar yeməyi 8 saatdan sonra tamamilə həzm edir. Növbəti mərhələdə bədən enerji ehtiyaclarını ödəmək üçün qaraciyər və əzələlərdə qlükozaya yönəldilir. Qlükoza tükəndikdən sonra bədənin növbəti enerji qaynağı yağlardır.

Ramazan ayında şirniyyatlara "yox" demək çətindir. Amma şəkərə diqqət yetirmək vacibdir. Oruc tutan insanın bədəni enerji ehtiyacını ilk növbədə qaraciyərində toplanan qan şəkərini əmərək təmin edir.

Yağların yandırılması isə həm artıq çəkidən xilas edir, həm də xolesterin səviyyəsini və diabet riskini azaltmağa kömək edir. Digər tərəfdən qanda şəkər səviyyəsinin aşağı düşməsi ilə bədən zəifləməyə və uyuşmağa başlayır. Aclıq səviyyəsi artdıqda baş ağrısı, ürək bulantısı və pis ağız qoxusu kimi simptomlar özünü göstərməyə başlayır.

3-cü və 7-ci günlərə diqqət!

Bu günlərdə vücudunuz oruca alışmağa başlayır, yağı xərcləyib qanda şəkərə çevirir.

Su az içildiyi üçün tərləmə sürətlənir və maye itkisi artır.

İftar və imsakda karbohidratlar və faydalı yağların yeyilməsi bədənin enerji istehsalı üçün vacibdir.

Balanslı olmaq şərti ilə protein, duz və su kimi qidaların qəbulu da önəmlidir.

Ramazanın 8 və 15-ci günlərində bədən artıq oruca alışır