İlan sancan şəxsi yerindən tərpətmək olmaz! Ekspertdən mühüm tövsiyələr


Digərləri 20 May 2019 23:05:00 328 0

İlan sancan şəxsi yerindən tərpətmək olmaz!  Ekspertdən mühüm tövsiyələr

Ölkəmizdə ilan hücumlarının sayı artıb. Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Zoologiya İnstitutundan məlumat verilib.

Məlumdur ki, havaların istiləşməsi ilan sancmalarının artmasına səbəb olan əsas amildir. Yay mövsümündə xüsusilə regionlarda yaşayan əhali ilanların hücumuna məruz qalır. Belə hallarda müəyyən təhlükəsizlik tədbirlərinin görülməsi vacib şərtdir. Bəs bu tədbirlər nədən ibarət olmalıdır?

Son.az xəbər verir ki, təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert Elmar Nurəliyev Sherg.az-a bildirib ki, ilan sancan şəxsi yerindən tərpətmək olmaz:

"Yay mövsümünün gəlməsi ilə əlaqədar havaların istiləşməsi ilanların da aktivləşməsinə səbəb olur və ilan sancması hallarına rast gəlinir. İlanlar əsasən isti yerlərdə daha çox olur. Onlar özlərinə təhlükə hiss etdikdə hücuma keçir. Digər ilan növlərinin o qədər qorxusu olmasa da, zəhərli ilan olan gürzələr çox təhlükəlidir. Azərbaycanda gürzələrin 7 növü var və hamısı zəhərlidir. Onların insana hücumu olduqca təhlükəlidir.

İlan sancan insanda tərləmə, ürəkbulanma, qusma olur, nəfəsalma çətinləşir, tənəffüs və ürək döyüntüləri azalır, huşu itir və şok vəziyyətinə düşür. İlan sancan hissə əl yaxud ayaq göyərir, şişir və qızarır".

Ekspert bildirib ki, ümumiyyətlə ilan sancması zamanı onun zəhərli olub-olmadığını bilmək üçün ilan sancan dəridə 2 deşiyin olması onun zəhərli olmasından xəbər verir:

"Zəhərli ilanlar dişlərinin içərisində olan kanaldan zəhəri sancdığı yerə buraxır. Ona görə ilk öncə sancan ilanın zəhərli olub-olmamasını müəyyənləşdirib sonra ilk tibbi yardım göstərmək lazımdır.

İlan sancan şəxsi uzanıqlı, ayaqlarlı yuxarı vəziyyətdə saxlamaq lazımdır. İlanın sancdığı hissəni (əl, ayaq) tərpətməyib və düz qalması üçün şina ilə sarıyıb, yaranı bacardıqca sıxıb oradan bir neçə damcı da olsa qan çıxarmaq gərəkir.