Bu ölkədə avtomobil mühərrikinin boşboşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər


Digərləri 20 May 2019 22:17:00 240 0

Bu ölkədə avtomobil mühərrikinin boşboşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər

Avtomobildən düzgün istifadə edilməməsi cərimə sanksiyasına səbəb ola bilər. Dünyada müxtəlif səbəblər üzündən sürücünün cərimə edilməsini nəzərdə tutan qanunların sayı get-gedə artmaqdadır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Madriddə avtomobil mühərrikinin boş-boşuna işləməsinə görə sürücünü cərimə edə bilərlər. İspaniya paytaxtının hakimiyyət orqanları avtomobillərlə bağlı yeni qaydalar qəbul ediblər. Bu qaydaların 46.2-ci maddəsinə əsasən hər bir sürücü nəqliyyat vasitəsini dayandırarkən mühərriki söndürməyə borcludur. Həmin maddənin qəbul edilməsi çoxsaylı mübahisələrə səbəb olub.

Qaydaya riayət etməyən sürücü 100 avroya qədər cərimə ödəməli olacaq.