Ən yüksək maaşlı şəhər məlum oldu


Dünya 20 May 2019 21:42:00 230 0

Ən yüksək maaşlı şəhər məlum oldu

Dünyada ən yüksək əməkhaqqı verən şəhər məlum olub.

ABŞ-ın San-Fransisko şəhəri İsveçrənin Sürix şəhərini keçərək dünyanın ən yüksək maaşlı şəhərləri siyahısında ilk yeri tutub. 

Son.az Oxu.az-a istinadən bildirir ki, araşdırmalar nəticəsində məlum olub ki, San-Fransiskoda orta əməkhaqqı vergi daxil olmaqla 6.5 min dollar, Sürixdə 5.9 min dollardır. Siyahının üçüncüsü Nyu-Yorkda isə bu rəqəm 4.6 min dollardır.

Ən yüksək maaşlı şəhərlər sırasında Boston, Çikaqo, Sidney, Oslo, Kopenhagen, Melburn və London da var.