Eyfel qülləsi bağlandı


Dünya 20 May 2019 21:24:00 257 0

Eyfel qülləsi bağlandı

Parisin rəmzlərindən biri olan Eyfel qülləsi müvəqqəti olaraq bağlanıb.

Son.az Trend-ə istinadən bildirir ki, buna naməlum şəxsin dəmir qurğularla qülləyə çıxmaq niyyəti səbəb olub.

Polis Eyfel qülləsini əhatəyə alaraq turistləri qüllədən təxliyə edib. Hazırda Eyfelin yaxınlığına da turistlər buraxılmır.

Qeyd olunur ki, həmin şəxs qüllənin üçüncü mərtəbəsinədək çıxa bilib. Onun polis tərəfindən saxlanıldığı deyilir.