"İstəmədən arvadıma əl qaldırdım. Sonra isə..."


Şou-biznes 20 May 2019 21:05:00 236 0

"İstəmədən arvadıma əl qaldırdım. Sonra isə..."

Müğənni Manaf Ağayev həyat yoldaşına əl qaldırıb.

Son.az Redaktor.az-a istinadən xəbər verir ki, sənətçi bu barədə canlı yayımda danışıb. O, bildirib ki, bu hadisə yeni evlənən zaman yaşanıb:

"Həmin gün çox əsəbi idim. Həyat yoldaşımla aramda problem yarandı. İstəyirdi ki, gözümün odunu alsın. İstəmədən əl qaldırdım, dedim ağıllı ol. Sonradan özüm də peşman oldum. Həyat yoldaşım heç nə demədi. Ailədə qısqanclıq olmaya bilməz. Hamıya xanımım kimi həyat yoldaşı arzulayıram. 1-ci sinifdən bir oxumuşuq. Ailələrimiz bir-birini tanıyır. O da bilir ki, nə istəsəm, onu da edəcəm. Mən arvaddan qorxan kişi deyiləm. O demək deyil ki, xanımıma hörmət etmirəm, həyat yoldaşım başımın tacıdır. Övladlarımla, həyat yoldaşımla fəxr edirəm".