"Uber" və "Taxify" xidmətləri cərimələnib


Dünya 20 May 2019 21:08:00 221 0

"Uber" və "Taxify" xidmətləri cərimələnib

Rumıniya hökuməti Uber və Taxify xidmətlərində çalışan sürücülərə qarşı cərimələrin yüksəlməsi ilə bağlı qərar qəbul edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, qərara əsasən, taksi lisenziyası olmayan sürücülər sərnişinlərin daşınması ilə məşğuldursa 1050 avro məbləğində cərimələnəcək. Yeni cərimələr taksi sürücülərinin bir neçə ay sürən etirazlarından sonra təsdiq edilib.

Rumıniya Baş nazirinin müavini Daniel Suçiu qeyd edib ki, qanun nəqliyyatda qanunsuz daşınmaya qarşı yönəlib. Bu, "Uber" və digər buna oxşar şirkətlərin fəaliyyəti üçün qanuni baza yaradacaqdır.