Bakıda çörək sexində dava,


Kriminal 20 May 2019 20:49:00 212 0

Bakıda çörək sexində dava,

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsindəki çörək sexində baş verib.

Həmin sexdə işləyən Beyləqan rayon sakini, 1993-cü il təvəllüdlü Savalanov Sabir Akif oğlu orada Mütəllim adlı şəxslə mübahisə edib.

Nəticədə Mütəllim adlı şəxs S.Savalanovu bıçaqlayıb.

Faktla bağlı araşdırma aparılır.