Avtobusda ŞİDDƏT Ər arvadını hər kəsin gözü qarşısında döydü


Dünya 20 May 2019 20:34:00 273 0

Avtobusda ŞİDDƏT  Ər arvadını hər kəsin gözü qarşısında döydü

Avtobusda ər-arvad arasında dava düşüb.

Son.az Redaktor.az-a istinadən bildirir ki, hadisə Türkiyənin Mərsin şəhərində qeydə alınıb. Avtobusda ər-arvad arasında yaranan münaqişə qısa zamanda davaya çevrilib. Kişi həyət yoldaşını yumruqlamağa başlayıb. Onun qadına əl qaldırması avtobusdakı digər sərnişinlərin etirazına səbəb olub. Onlar müdaxilə etmək istəsələr də, kişi onlara belə cavab verib:

"Həyat yoldaşı mənimdir. İstədiyimi edərəm".

Baş verən hadisəni sərnişinlərdən biri telefonu ilə çəkib. Sözügedən görüntüləri təqdim edirik: