Azyaşlıların tüstü həvəsinə SON


Digərləri 20 May 2019 20:29:00 234 0

Azyaşlıların tüstü həvəsinə SON

Azərbaycanda azyaşlı və yeniyetmələrə tütün məmulatlarının satışı, xüsusilə kafe və restoranlarda qəlyan xidmətinin göstərilməsi davam edir. Bununla bağlı müxtəlif qanunlar qəbul edilsə də, qabaqlayıcı sosial layihələr icra olunsa da, qarşısını hələ də almaq mümkün olmayıb.

Son.az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramında məsələ ilə bağlı maraqlı süjet yayımlanıb.

Samir Mehrəlizadə - Qəlyan çəkən: "10 ildən çoxdur istifadə edirəm. Uşaqlıqdan".

Pərviz İsayev - Qəlyan hazırlayan: "Qəlyanın çeşidləri çoxdur. Tərkibi əsasən, müəyyən turşulara qoyulmuş tütündür. Alma da, qarpız da, portağal da verilir".

Musa Quliyev - Millət vəkili: ""Tütün məhsullarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanunda sulu qəlyan və digər qəlyan növləri də tütün məhsullarına aid edilir. Qapalı məkanlarda onların istifadəsi qadağandır".

Mütəxəssislərin sözlərinə görə, qəlyan siqaretdən zərərsiz görünsə də, əslində 1 qəlyan təxminən 50 siqaretə bərabərdir.

Yalçın Abuzərov - Həkim: "Qəlyana qatılan o təmbəkinin tərkibində həqiqi təmbəki yoxdur. Onlar kimyəvi maddələrdən və kağız qırıntılarına hopturulmuş cürbəcür zəhərli kimyəvi maddələrdən hazırlanmış maddədir. Hər hansı meyvələrin tamını verən əlavələr edirlər. İnsan orqanizmi üçün həm toksiki təsiri, həm onkoloji xəstəliklərin əmələ gəlməsində böyük rolu var".

Sakin: "Həvəskarı deyiləm, amma arada qəlyan çəkirəm".

Sakin: "Bizim vaxtımızda belə şey olmayıb. Çox pis baxıram buna".

Yalçın Abuzərov - Həkim: "Ucluqların dəyişdirilməsinə baxmayaraq, tənəffüs yollarında olan hər hansı infeksiyanın o borularda qalması növbəti şəxsə ötürülməsi, hətta vərəm çöplərinin növbəti şəxsə ötürülməsi üçün əlverişli şəraitdir".


Xəbərə aid fotolar