İran prezidenti sabah 27 layihənin açılışında iştirak edəcək


Digərləri 20 May 2019 20:18:51 167 0

İran prezidenti sabah 27 layihənin açılışında iştirak edəcək

İran prezidenti Həsən Ruhani ölkənin qərbində yerləşən Qərbi Azərbaycan vilayətinə səfər edəcək.

Bakı. Elnur Bağışov - Sabah İran prezidenti Həsən Ruhani ölkənin qərbində yerləşən Qərbi Azərbaycan vilayətinə səfər edəcək. Trend-in məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin valisi Məhəmməd Mehdi Şəhriyari deyib. M.Şəhriyarinin sözlərinə görə, İran prezidentinin Qərbi Azərbaycan vilayətinin Maku rayonuna səfəri çərçivəsində 27 layihə istismara veriləcək. Urmiya gölünün bərpası istiqamətində 47 trilyon rial (təxminən 1,11 milyard dollar) dəyərində layihənin açılışı olacaq.