Şöbənin qabağında at minən polis rəisi işdən qovuldu


Dünya 20 May 2019 19:24:00 239 0

Şöbənin qabağında at minən polis rəisi işdən qovuldu

Sosial şəbəkələrdə Qazaxıstanın Atırausk vilayətinin polis şöbəsinin rəisi Ayan Duysembayevin binanın qarşısında ona hədiyyə edilən ata mindiyi, polis əməkdaşlarının onu alqışladığının əks olunduğu görüntülər yayılıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, rəisin bu qalmaqallı videoosu Prezident Kasım-Jomart Tokayevin də sərt reaksiyası ilə üzləşib. O, peşə etikasını pozduğuna görə Prezident Administrasiyasının razılığı ilə Daxili İşlər nazirinin əmrinə əsasən, vəzifəsindən azad edilib.

Bundan başqa, 5 polis də işdən qovulub.