Abşeronda donuzlar taun əleyhinə peyvəndlənib (FOTO)


Digərləri 20 May 2019 19:28:37 238 0

Abşeronda donuzlar taun əleyhinə peyvəndlənib (FOTO)

Abşeronda epizootiya əleyhinə tədbirlər, maairfləndirmə və təlim keçirilib

Bakı. Abşeron rayonu ərazisində “Epizootiya əleyhinə profilaktika və diaqnostika tədbirlər planına” uyğun xüsusi təhlükəli xəstəliklərə qarşı profilaktiki peyvəndlənmə, diaqnostiki müayinə, dezinfeksiya, dezinseksiya və müalicə tədbirləri davam etdirilir. Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətindən (DBX) Trend-ə verilən məlumata görə, tədbirlər Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən aparılır. İdarə cari ilin müvafiq dövrü ərzində rayon ərazisində saxlanılan 21467 baş iribuynuzlu, 108 min baş xırdabuynuzlu, 350 baş təkdırnaqlı heyvan, 83 baş dəvə və 100 baş donuzda qarayara, 2658 baş sahibli itdə quduzluq, 1850 baş iribuynuzlu (Ş-19 ştammı ilə), 4250 baş xırdabuynuzlu (Rev-1 ştammı ilə) heyvanda bruselyoz, 150 baş donuzda taun, 43450 baş xırdabuynuzlu heyvanda çiçək, 350 baş atda qrip və rinopnevmaniya, 750 baş iribuynuzlu və 600 baş xırdabuynuzlu heyvanda leptospiroz xəstəliklərinə qarşı peyvəndləmə işləri aparılıb. Eləcə də bu dövr ərzində 183200 (“H” ştammı ilə) baş quşda və 308 min baş cücədə (“La-Sota” ştammı ilə) nyukasl xəstəliklərinə qarşı peyvəndləmə tədbirləri yerinə yetirilib. Fevral ayından Abşeron rayonunda saxlanılan heyvanlar arasında dabaq xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 21 min baş iribuynuzlu və 108 min baş xırdabuynuzlu heyvanda dabaq xəstəliyinə qarşı peyvəndləmə həyata keçirilib. Mart ayından isə Abşeron Rayon Baytarlıq İdarəsi tərəfindən iribuynuzlu heyvanların iti yoluxucu nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə tədbirinə başlanılıb. Artıq 19013 baş iribuynuzlu heyvanda nodulyar dermatit xəstəliyinə qarşı peyvəndləmə işi aparılıb. İlin əvvəlindən indiyə kimi isə baytarlıq xidməti tərəfindən rayonda 28450 kvadratmetr sahədə dezinfeksiya işləri görülüb. Ümumiyyətlə, rayon ərazisində olan təsərrüfatlarda heyvanlar arasında aparılan peyvəndləmə tədbirləri “soyuq zəncir” rejiminə riayət olunmaqla həyata keçirilir. Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini vaxtında aşkar etmək məqsədilə 1648 baş iribuynuzlu heyvandan qan alınaraq seroloji müayinə edilib. Eyni zamanda vərəmə qarşı 1000 (bir min) baş iribuynuzlu heyvanda diaqnostik müayinə aparılıb və xəstə heyvan aşkar edilməyib.