İsmayıllıda külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb


Digərləri 20 May 2019 18:56:16 219 0

İsmayıllıda külək məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb

İsmayıllıda baş vermiş külək nəticəsində rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü külək atıb.

Bakı. Samir Əli - İsmayıllıda güclü külək rayon ərazisində məcburi köçkünlərin məskunlaşdığı binanın dam örtüyünü aşırıb. Bu barədə Trend-ə İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev deyib. Komissiya sədri bildirib ki, hadisə nəticəsində rayonun "RTS" adlanan ərazisində ikimərtəbəli inzibati binanın dam örtüyünə ziyan dəyib: "Binada 4 məcburi köçkün ailəsi məskunlaşır. İkimərtəbəli inzibati binadır. Güclü külək nəticəsində dam örtüyünə ziyan dəyib. Məsələ ilə bağlı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə məlumat vermişik".