İranda 18 nəfəri ildırım vurub öldürdü


Dünya 20 May 2019 18:44:00 193 0

İranda 18 nəfəri ildırım vurub öldürdü

İranda mayın 8-dən 19-a qədər təbii fəlakət nəticəsində 20 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Son.az Trend-ə istinadən bildirir ki, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib.

M.Xalidinin sözlərinə görə, 2 nəfər sel nəticəsində, 18 nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib.