Aktrisa və əri davanın ortasında qaldı


Digərləri 20 May 2019 18:49:00 210 0

Aktrisa və əri davanın ortasında qaldı

Türkiyəli aktrisa Yasemin Özilhan ilə həyat yoldaşı İzzet Özilhan " Euroleague"da  final matçı olan "Anadolu Efes" - "CSKA Moskva" qarşılaşmasına gedib.

Son.az "qafqazinfo"ya istinadən xəbər verir ki, onlar oyun zamanı böyük davanın şahidi olublar. Belə ki, matçın son dəqiqələrində bir qrup "Fənərbaxça" tərəfdarı "Anadolu Efes"in məşqçisi Ergin Atamanı təhqir etməyə başlayıb.  

E. Ataman onu söyənlərə cavab verdikdən sonra dava yaranıb.  İki tərəfdarın arasında qalan Y. Özilhan böyük qorxu yaşayıb. 

Qeyd edək ki, İzzet Özilhan "Anadolu Efes"in idarə heyətinin üzvüdür.