“Videosu yayılan üç qızı qardaşlarımız alır, toylarında oxuyuruq”


Şou-biznes 20 May 2019 18:37:00 215 0

“Videosu yayılan üç qızı qardaşlarımız alır, toylarında oxuyuruq”

"Kökəlmirəm, hər şey qaydasındadır. Bir dəfə yoldaşım gəldi gördü ki, sobaya para quzu qoymuşam. Getdi məşqə, qayıdan da gördü ki, heç nə qalmayıb. İndi o qədər yemirəm".

Son.az "ölkə.az"a istinadən xəbər evrir ki, bu sözləri müğənni Xatirə İslam "Ay Zaur" verilişində deyib. Bir müddət əvvəl plastik əməliyyatla arıqlayan sənətçi yenidən kökəlməsi ilə bağlı xəbərləri şayiə adlandırıb.

Sənətçi əri Fəxrəddinin onu qısqanmadığını söyləyib:

"Arıqlamağımı özüm istədim. Elə xasiyyətim var ki, oğlan kimiyəm. Studiyada, başqa yerdə oluram. Heç vaxt məndən harada olduğumu maraqlanmırdılar. Arıqlayandan sonra maraqlanmağa başlayıb ki, haradasan?

Çox kaprizsiz və üzüyolayam. Ona görə də hər zaman demişəm, məni alan xoşbəxtdir. Həyat yoldaşım məni qısqanmır. Heç mənə yazanlara da baxmır. Sonuncu dəfə yazılanlara ötən yay baxıb. Bizim ailədə elə şeylər olmur. Dalaşmırıq".

Sənətçi məşhurların həyatının ictimailəşməsindən söz açıb: