ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edir


Digərləri 20 May 2019 18:00:00 297 0

ADU-nun Əlavə təhsil və təcrübə fakültəsi tələbə qəbulu elan edir

Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir.

Bakı. Azərbaycan Dillər Universitetin Əlavə təhsil və təcrübə fakültəsi 2019/2020-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə tələbə qəbulu elan edir. Bu barədə Trend-ə Universitetdən məlumat verilib. Tələb olunan sənədlər: rektorun adına ərizə; diplom və əlavəsinin surəti; şəxsiyyət vəsiqəsinin surəti; 3x4 sm ölçüdə 2 ədəd fotoşəkil; sağlamlıq haqqında arayış; Sənədlər 2019-cu il iyun ayının 1-dən avqust ayının 20-dək (istirahət günlərindən başqa) saat 10:00-16:00-dək qəbul edilir. Ünvan: ADU-nun 3 saylı tədris binası Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308.