Mehdiabadda avtomobillə vurulan piyada xəstəxanada öldü


Kriminal 20 May 2019 17:59:00 193 0

Mehdiabadda avtomobillə vurulan piyada xəstəxanada öldü

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Bakı şəhər sakini Mətləb Əliyev yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, mayın 18-də saat 21 radələrində Abşeron rayonunun Mehdiabad qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini A.Məmmədov idarə etdiyi "Toyota" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Mətləb Əliyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilmiş piyada orada dünyasını dəyişib.

Abşeron RPİ tərəfindən araşdırma aparılır.