Gədəbəydə ər arvadının yalvarışına baxmadı:


Kriminal 20 May 2019 17:39:00 223 0

Gədəbəydə ər arvadının yalvarışına baxmadı:

Gədəbəy rayonunda arvadını öldürməkdə təqsirli bilinən 1988-ci il təvəllüdlü Fariz Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Fariz Muxtarov Gədəbəy rayonunun Arıqdam kəndində 5 oktyabr 2017-ci il tarixdə saat 21 radələrində 2013-cü ildən rəsmi şəkildə nikahları pozulmuş 1988-ci il təvəllüdlü keçmiş arvadı Mətanət Muxtarova ilə mübahisə edib.

Mübahisəyə səbəb Mətanətin həmin gün ondan aliment tələbi ilə məhkəməyə müraciət etməsi olub.

Həmçinin ertəsi gün Fariz anası Mirvarinin evinin zirzəmisinə yığılmış Mətanətə məxsus iki kisə kartofu icazəsiz apararaq satıb.

Həmin gün Mətanət ondan Daxili İşlər Nazirliyinin "102" Zəng Mərkəzinə şikayət edib.

Mətanətin şikayətindən Farizin anası Mirvari əsəbiləşib. Bu səbəbdən eyni evdə yaşayan gəlin-qayınana mübahisə edib. Mübahisəyə Mirvarinin oğlu Asif də qoşulub.

Asif Mətanətin evdə səs-küy salması, Farizdən hüquq-mühafizə orqanlarına şikayət etməsi barədə sonuncuya telefon vasitəsi ilə məlumat verib.

Bundan əsəbiləşən Fariz Şəmkir şəhərindən Arıqdam kəndinə gəlib. Həmin vaxt Mətanətlə birgə nikahlarından doğulmuş oğlanları - Aqşin və Elşənin evdə yatdığını, Mətanətin özünün isə evdə olmadığını görüb.

Fariz stolun üstündəki bıçağı götürərək otaqdan çölə çıxıb. Əl arabası ilə kartof dolu kisələri qonşuları Bayrama məxsus tikilinin əl damına daşıyan Mətanəti görüb. O, əlində bıçaq Mətanətin arxasınca gəlib.

Farizi görən Mətanət qışqıraraq tikilinin həyətindən keçən yolla ağaclıq istiqamətində qaçıb. Fariz Mətanətin arxasınca düşərək onu tutmaq istəyib.

Mətanət qaçarkən ayağı həyətin dəmir darvazadan olan giriş qapısı ilə üzbəüz, dəmir borunun yanında daşlığa ilişərək yıxılıb. Mətanətin ardınca gələn Fariz onu tuta bilib.

Mətanət onu buraxması üçün yalvarıb. Amma Fariz yalvarışlara məhəl qoymayıb. O, qadından evdə olan kartofu daşımasının və ondan polisə şikayət etməsinin səbəbini soruşub.

Mətanət ona nə üçün alimenti ödəmədiyini deyib. Fariz pulu olmadığı üçün aliment ödəyə bilmədiyini söyləyib.