Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir


Digərləri 20 May 2019 16:57:00 204 0

Rusiya Elmlər Akademiyasının prezidenti Azərbaycana gəlir

Rusiya Elmlər Akademiyasının prezidenti, akademik Aleksandr Sergeyev sabah ölkəmizə səfər edəcək.

Son.az bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasından Trend-ə  verilən məlumata görə, A.Sergeyev və rəhbərlik etdiyi nümayəndə heyəti ilk dəfə Azərbaycan Milli Elmlər Akademiyasında olacaq.

Sabah səfər çərçivəsində hər iki akademiya arasında elmi-texniki əməkdaşlıq haqqında Saziş imzalanacaq.

Qonağın bir sıra yüksək səviyyəli görüşləri nəzərdə tutulur.