Bu, onun üçüncü evliliyidir


Digərləri 20 May 2019 16:33:00 245 0

Bu, onun üçüncü evliliyidir

Hollivud ulduzu Skarlet Yohansson komediya aktyoru Kolin Costla nişanlanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, mətbuata açıqlama verən 34 yaşlı aktrisa məlumatı təsdiq edib. 

O, toy tarixinin hələ müəyyənləşmədiyini vurğulayıb. Skarlet Kolinlə iki ildir ki, sevgili olduğunu da qeyd edib. 

Bu məqamda bildirək ki, bu, Yohanssonun sayca üçüncü evliliyi olacaq. O, bundan əvvəl aktyor Ryan Reynolds və jurnalist Romain Dauriaclə ailə qurub. Aktrisanın Rose adlı 4 yaşlı qızı var.  


Xəbərə aid fotolar