İranda 18 nəfəri ildırım vurub öldürdü


Digərləri 20 May 2019 16:31:00 212 0

İranda 18 nəfəri ildırım vurub öldürdü

İranda 8-19 may arasında təbii fəlakət nəticəsində 20 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Bakı. Elnur Bağışov - İranda mayın 8-dən 19-a qədər təbii fəlakət nəticəsində 20 nəfər həlak olub, 37 nəfər yaralanıb. Trend-in məlumatına görə, bunu İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi deyib. M.Xalidinin sözlərinə görə, 2 nəfər sel nəticəsində, 18 nəfər ildırım vurması nəticəsində dünyasını dəyişib.