Erməni hərbçi qəzada öldü FOTO


Dünya 20 May 2019 16:24:00 217 0

Erməni hərbçi qəzada öldü  FOTO

Ermənistanın Armavir vilayətində ağır yol qəzası nəticəsində erməni hərbi qulluqçu həyatını itirib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, Ermənistan mətbuatının yaydığı məlumata görə, ötən gün yerli vaxtla 19:30 radələrində Armavir-Karakert yolunda "Mercedes" və "QAZ 3110" markalı avtomobillər toqquşub.

Yol qəzası nəticəsində hərbi hissələrdən birinin serjantı ölüb. Hadisə ilə əlaqədar xəstəxanaya üç nəfər çatdırılıb. İnsidentlə bağlı cinayət işi açılıb.


Xəbərə aid fotolar