Ukraynada müdafiə naziri və DTX rəhbəri istefa verdi


Dünya 20 May 2019 15:38:00 237 0

Ukraynada müdafiə naziri və DTX rəhbəri istefa verdi

Ukraynanın müdafiə naziri Stepan Poltorak istefa verib.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, nazirliyin başçısı "Facebook" səhifəsində "Sağlıqla qalın!" deyə status paylaşıb.

Həmçinin sosial şəbəkədə prezident Vladimir Zelenskiyə ünvanlanmış istefa ərizəsinin şəklini dərc edib.

Bundan əvvəl ölkənin DTX başçısı Vasiliy Qritsak və onun müavinləri müvafiq ərizələrini təqdim edib.