İcra Hakimiyyəti: Gədəbəydə küləyin fəsadları aradan qaldırılıb


Digərləri 20 May 2019 15:22:00 206 0

İcra Hakimiyyəti: Gədəbəydə küləyin fəsadları aradan qaldırılıb

Gədəbəy rayonunda küləyin fəsadları aradan qaldırılıb.

Bakı. Samir Əli - Gədəbəy rayonunda küləyin fəsadları aradan qaldırılıb. Bu barədə Trend-ə Gədəbəy Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilib ki, gecə saatlarında müşahidə edilən yağışlı və küləkli hava şəraiti nəticəsində bəzi kəndlərə gedən elektrik enerjisi xətlərində problemlər yaranıb: "Nəticədə həmin kəndlərin elektrik enerjisi təchizatında qısamüddətli fasilələr yaranıb. Fasilələr təxminən 30 dəqiqə davam edib. Dərhal aidiyyəti qurumların nümayəndələri həmin ərazilərdə olub və problem aradan qaldırılıb".