Kanadada meşələr yanır


Dünya 20 May 2019 15:15:00 193 0

Kanadada meşələr yanır

Kanadanın qərbindəki Alberta əyalətində meşə yanğınları tüğyan edir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bölgədə ümumilikdə 25 min hektar ərazini əhatə edən 3 yanğın qeydə alınıb.

Yanğınlarla əlaqədar bölgədə yaşayan əhali təxliyə olunub. Təxliyə olunanların dəqiq sayı açıqlanmır.

Yanğının bir neçə evə zərər vurduğu deyilir. Yanğın nəticəsində xəsarət alanlar olmayıb.