Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək


Digərləri 20 May 2019 15:15:00 199 0

Ərdoğan Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək

Bakı. Rufiz Hafizoğlu - Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Konya vilayətində Azərbaycan Hərbi Hava Qüvvələrinin təlimlərini izləyəcək. Trend-in məlumatına görə, dövlət başçısı Konyaya bu gün yola düşüb. Qeyd edək ki, mayın 13-dən başlayaraq Konyada “Anadolu Ankası - 2019” hərbi təlimləri keçirilir. Mayın 24-dək davam edəcək təlimlərdə Azərbaycanla yanaşı Qətər, Gürcüstan, İtaliya, Pakistan və Rumıniya Hərbi Hava Qüvvələrinin təyyarələri iştirak edir. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin