İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır


Digərləri 20 May 2019 14:58:00 209 0

İsgəndər Həmidov əməliyyat üçün xaricə aparılır

Dünən axşam saatlarında sabiq Daxili İşlər naziri İsgəndər Həmidovun vəziyyəti anidən pisləşib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, İ.Həmidov şiddətli ürək ağrıları və tutma ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin onu əməliyyat etmək təklifinə ailə üzvləri razılıq verməyiblər.

İ.Həmidov yenidən müayinə olunub, əməliyyat edilməsi üçün xarici ölkəyə aparılmasına qərar verilib.