Müğənni səhnədə öldü


Digərləri 20 May 2019 14:18:00 198 0

Müğənni səhnədə öldü

"Los Del Fuego" musiqi qrupunun solisti Xuan Karlos Masçeroni Argentinada səhnədə çıxış edərkən infarkt keçirib və vəfat edib.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, solistin səndələyərək yerə yıxıldığı anlar tamaşaçılardan biri tərəfindən lentə alınıb.

Hadisə Argentinanın paytaxtı Buenos-Ayresdə baş verib. "Los Del Fuego" musiqi qrupunun 59 yaşlı solisti Xuan Karlos səhnədə çıxış edərkən qəflətən yerə yıxılıb. Yerli Argentina mətbuatı isə müğənninin infarkt keçirərək dünyasını dəyişdiyini yazıb.