Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir


Digərləri 20 May 2019 14:03:19 195 0

Azərbaycanda yaşlı valideynlərin övladlarından maliyyə asılılığını azaltmaq təklif edilir

Azərbaycanda yaşlı valideynlərin uşaqlarından maliyyə asılılığını azaltmaq məqsədilə onlar üçün sosial müdafiə proqramlarının gücləndirilməsi təklif edilir.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanda yaşlı valideynlərin uşaqlarından maliyyə asılılığını azaltmaq məqsədilə onlar üçün sosial müdafiə proqramlarının gücləndirilməsi təklif edilir. Trend-in məlumatına görə, bu təklif Azərbaycan Hökuməti və BMT-nin Əhali Fondunun əməkdaşlığı ilə hazırlanan, doğulanlar arasında cins nisbətinin pozulmasının aradan qaldırılmasına dair Milli Fəaliyyət Planının layihəsində yer alıb. Təklif ölkəmizdə doğum zamanı cins nisbətinə səbəb olan amillərin aradan qaldırılmasına yönəldilib. Aparılan tədqiqatların nəticələrinə görə, Azərbaycanda oğlan və qızların nisbəti 1990-cı illərin əvvəllərinədək bioloji normaya uyğun olsa da, bu nisbət 1991-ci ildə SSRİ dağıldıqdan sonra kəskin şəkildə pozulmağa başlayıb. Buna səbəb 1991-ci ildə SSRİ-nin süqutundan sonra yaranmış iqtisadi və digər çətinliklər nəticəsində insanların ailənin gələcək dəstəyini təmin etmək məqsədilə oğlan uşaqlarına üstünlük verməsi və bu prinsiplərə əsaslanan ailə modelinin geniş yayılması olub. Milli Fəaliyyət Planının layihəsində qeyd edilir ki, yaşlı valideynlərin övladlarından maliyyə asılılığının azaldılması məqsədilə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılması vacibdir. Azərbaycanda isə bu cür asılılıq dedikdə daha çox oğul övladından asılılıq nəzərdə tutulur.