Parisdə yollar bağlandı


Dünya 20 May 2019 13:24:00 211 0

Parisdə yollar bağlandı

Fransanın paytaxtı Parisdə taksi, təcili tibbi yardım sürücüləri, eləcə də sürücülük məktəblərinin əməkdaşları etiraz aksiyası keçirir.

Son.az Trend-ə istinadən xəbər verir ki, 100-ə yaxın sürücü Paris ətrafından mərkəzə aparan yolları bağlayıb.

Aksiya ilə ilə əlaqədar gün ərzində Parisin hava limanlarına gedən yollarda tıxacların olacağı xəbərdarlığı verilib.

Sürücülər ictimai nəqliyyat sisteminin maliyyələşdirilməsinin azaldılmasına etiraz etdiklərini bildirib.