Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?


Digərləri 20 May 2019 13:23:50 192 0

Problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün nə qədər vəsait ayrılıb?

Azərbaycanda problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün dövlət tərəfindən 700 milyon manat ayrılıb

Bakı. Xeyrəddin Nəsirzadə - Azərbaycanda problemli kreditlər üzrə kompensasiyaların ödənilməsi üçün dövlət tərəfindən 700 milyon manat ayrılıb. Trend-in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiyalar Mərkəzinin strateji təhlil və planlaşdırma meneceri Vüsalə Cəfərova deyib. O bildirib ki, “Azərbaycanda fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərman 800 mindən çox vətəndaşı əhatə edib. Bu, xarici valyutada problemli kreditlərin 90 faizini təşkil edir.