Vüsal Qasımlı: "Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir"


Digərləri 20 May 2019 13:15:00 228 0

Vüsal Qasımlı: "Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir"

Azərbaycanda problemli kreditlərin həll modeli güclü sosial xarakterə malikdir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Koreya Respublikasının Azərbaycandakı Səfirliyi və Koreya İnkişaf İnstitutu ilə birgə "Problemli Kreditlərin Həlli: Azərbaycan və Koreya Təcrübəsi" mövzusunda keçirdiyi beynəlxalq konfransda Mərkəzin icraçı direktoru, iqtisad elmləri doktoru Vüsal Qasımlı deyib.

V.Qasımlı bildirib ki, Azərbaycanda problemli kreditlərin həllinin beynəlxalq təcrübədən fərqi böyükdür:

"Problemin həlli daha qısa bir müddətdə baş verir. Problemli krediti olan fiziki şəxslərin 90 faizindən artığı qərarın əhatə dairəsinə düşüb. Bu kreditlərin həllini bütünlüklə dövlət öz üzərinə götürüb. Beləliklə, banklar və əhali yükdən azad olur. Problemli kreditlərindən həllindən sonra bank sektoru tamamilə yeni mərhələyə çıxlb".