Ərini sevgilisinə öldütdürən qadının İSTƏYİ BAŞ TUTMADI


Kriminal 20 May 2019 13:05:00 241 0

Ərini sevgilisinə öldütdürən qadının İSTƏYİ BAŞ TUTMADI

Sevgilisi ilə birləşib ərini öldürməkdə təqsirləndirilən Nailə Ağayeva, onun sevgilisi Aqil Baxşıyev və Vəfalı Əliyev barəsində olan hökmdən apellyasiya şikayətinə baxılıb.

Son.az lent.az-a istinadən xəbər verir ki, Şirvan Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Hakimlər kollegiyasının qərarına əsasən, təqsirləndirilən şəxslərin apellyasiya şikayəti təmin edilməyib. Qeyd edək ki, hadisə ötən il iyunun 29-da Lerik-Yardımlı yolunun 1-ci kilometrliyində meşə zolağında baş verib. Lerik rayon sakini Mail Ağayevin üzərində xəsarətləri olan meyitinin "UAZ-469B" markalı avtomobilinin yaxınlığında tapılması barədə məlumat daxil olub.

Araşdırmalar zamanı M.Ağayevin sinəsindən aldığı ağır xəsarətlər nəticəsində öldüyü məlum olub. Məhkəmə tibbi ekspertizasının rəyində də onun döş qəfəsindən daxilə nüfuz edən 3 bıçaq zərbəsi aldığı qeyd olunub.

Həyata keçirilmiş istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən M.Ağayevin arvadı Nailə Ağayeva, Lerik rayon sakini Aqil Baxşıyev və Bakı şəhər sakini Vəfalı Əliyev müəyyən edilərək saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, Ağayeva Nailə Alik qızı Baxşiyev Aqil Abitalıb oğlu ilə arasında olan yaxın münasibətdən əri Ağayev Mail Əlişan oğlunun son vaxtlar şübhələnib. Bunun üçün sonuncunun ona qarşı artan zoraki hərəkətinə və təhqiredici sözlərinə son qoymaq, həmçinin, Aqil Baxşiyevlə daha sərbəst formada görüşmək, sevgilisi ilə olan münasibətini gizli saxlamaq məqsədi ilə Aqil Baxşiyevi aralarında olan intim münasibəti kəsəcəyini bildirməklə Mail Ağayevi öldürməyə təhrik edib.