Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib


Digərləri 20 May 2019 13:07:00 218 0

Azərbaycana 22 ədəd buynuz qişa transplantantı gətirilib

Növbəti dəfə 22 ədəd buynuz qişa transplantantı respublikaya gətirilib.

Son.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, buynuz qişanın transplantantasiyası əməliyyatı akademik Z.Əliyeva adına Milli Oftalmologiya Mərkəzində (MOM) həyata keçirilib. MOM-un cərrahları Abdulaliyeva Fərəh, Həsənov Cəmil, Hüseynov Emil və Ağayeva Fidan tərəfindən 3 gün ərzində 22 uğurlu buynuz qışanın transplantasiyası əməliyyatı keçirilib.

Buynuz qişa, ilk növbədə, uzun illər korluğa məruz qalan imtiyazlı xəstələrə köçürülüb.

Azərbaycanın regionunda ilk dəfə olaraq, MOM-un Gəncə filialında buynuz qişanın transplantasiyası cərrahi əməliyyatı uğurla həyata keçirilib.