Azərbaycanda bir ailənin 4 üzvü zəhərləndi


Digərləri 20 May 2019 12:36:00 228 0

Azərbaycanda bir ailənin 4 üzvü zəhərləndi

Tovuzda bir ailənin 4 üzvü zəhərlənib.

Son.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində qeydə alınıb.

Kənd sakinləri, 1985-ci il təvəllüdlü Rəşad Əliyev, onun həyat yoldaşı Məlahət Məmmədova, övladları - 2010-cu il təvəllüdlü Rəvan Əliyev, 2011-ci il təvəllüdlü Həsən Əliyev  "balıq və pomidor" zəhərlənməsi diaqnozu ilə xəstəxanaya daxil olublar. Onlara ilkin yardım göstərilib və vəziyyətləri ortadır. İlkin araşdırmalara görə, həmin şəxslər adı çəkilən qidalarında evlərində qəbul etdikləri məlum olub.