Nazim Babayev Yaponiyada bürünc medal qazandı


İdman 20 May 2019 11:51:00 272 0

Nazim Babayev Yaponiyada bürünc medal qazandı

Azərbaycan atleti Nazim Babayev Yaponiyanın Osaka Qızıl Qran-pri yarışında bürünc medal qazanıb.

Goal.az-ın məlumatına görə, 22 yaşlı idmançı buna 3 təkanla tullanma yarışında nail olub. O, 16,48 metr nəticə göstərib. ABŞ idmançısı Omar Kreddok 17,16 metr göstərici ilə birinci yeri tutub. Çinli Yaming Zhu isə 16,51 metr nəticə ilə gümüş medal qazanıb.

Qeyd edək ki, Babayev bu ilin martında 17,29 metr məsafəyə tullanaraq, şəxsi rekordunu yeniləyib və Avropa çempionu olub.